Əhalinin neçə faizi ənənəvi dəyərlərə bağlıdır? – SORĞU

Əhalinin neçə faizi ənənəvi dəyərlərə bağlıdır? – SORĞU

Hazırda oxunan: Əhalinin neçə faizi ənənəvi dəyərlərə bağlıdır? – SORĞU

213403

Ölkə əhalisinin 49,9%-ndə ənənəvi dəyərlərə bağlılıq çox güclüdür. 

Bizim.Media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat verib.

Məlumatda deyilir ki, Mərkəzin keçirdiyi sorğular cəmiyyətin ənənəvi dəyərlərə bağlılıq səviyyəsinin yüksək olduğunu göstərir. 
 

İctimai rəy sorğusunun nəticəsinə əsasən, respondentlərin 49,9%-i özünün ənənəvi dəyərlərə bağlılığını “güclü”, 30,7%-i “orta” səviyyədə qiymətləndirib. Sorğuda iştirak edənlərin 18,1%-i ənənəvi dəyərlərə bağlılığını “zəif” olaraq xarakterizə edib və 1,3%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.


Respondentlər arasında kişilərin 54,3%-i, qadınların 45,3%-i ənənəvi dəyərlərə bağlılığının güclü olduğunu ifadə edib. Bu göstərici şəhərdə yaşayan respondentlər arasında 44,0%-ə, qəsəbədə yaşayanlar üzrə 57,5%-ə və kəndlərdə məskunlaşanlar üzrə 52,8%-ə bərabər olub.


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO