Şəkidə mikroavtobus yandı – FOTO

Şəkidə mikroavtobus yandı – FOTO

Hazırda oxunan: Şəkidə mikroavtobus yandı – FOTO

213249

Şəkidə Qoxmuq kənd sakini Azad Babayevə məxsus "Mercedes Vito" markalı mikroavtobusda yanğın baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, mikroavtobusun mühərrik hissəsi tamamilə sıradan çıxıb.

Belə ki, kəndin mərkəzi hissəsində nəqliyyat vasitəsinin mühərrikinə baxış keçirilən zaman anidən yanğın baş verib və güclü alovlanma ilə müşayiət olunub. Dərhal hadisə yerinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində mikroavtobusun mühərrik hissəsinin yanar konstruksiyaları sıradan çıxsa da, salon mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.





Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO