Sosial şəbəkələrdə paytaxt küçələrindən birinin tamamilə səkisiz qalmasını əks etdirən foto yayılıb.
Bizim.Media xəbər verir ki, sakinlərin narazılıq etdiyi Salatın Əsgərova küçəsinin Yasamal rayonun inzibati ərazisinə daxil olduğu bildirilir.
Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya bildirilib ki, sosial şəbəkələrdə foto şəkillərlə təqdim olunan Salatın Əsgərova və Səməd Vurğun küçəsinin kəsişdiyi ərazidən olan görüntülər dislokasiya baxımından Yasamal rayonunun inzibati ərazisinə aid deyil:
“Qeyd olunan ünvan Yasamal rayonunun inzibati sərhədlərindən kənarda yerləşir. Həmçinin bildiririk ki, RİH-in nəzdində fəaliyyətdə olan küçə, prospekt və səkilərin vəziyyətinə dair komissiya tərəfindən mütəmadi olaraq monitorinqlər aparılır və bu məsələ ərazi üzrə nümayəndələrin daimi diqqətindədir”.
Bizim.Media