Ağcabədidə ağır yol qəzası - 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB

Ağcabədidə ağır yol qəzası - 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB

Hazırda oxunan: Ağcabədidə ağır yol qəzası - 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB

21308

Ağcabədi rayonunda baş verən yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub.

Bizim.Media-nın verdiyi xəbərə görə, hadisə zamanı sürücü, 1991-ci il təvəllüdlü Həsənov Mirağa Adişirin oğlu dünyasını dəyişib.

Qəzada Hüslü kənd sakinləri - 2004-cü il təvəllüdlüBaxışov Coşqun Mirdamət oğlu, 2003-cü il təvəllüdlü Məmmədov Orxan Məhəmməd oğlu və 2006-cıil təvəllüdlü Məmmədov Sənan Elbrus oğlu xəsarət alıb.

Bizim.Media

***

Ağcabədi rayonunda baş verən yol qəzası nəticəsində ölənlər və xəsarət alanlar var.

Bizim.Media-nın xəbərinə görə, hadisə rayonun Hüsülü kəndi ərazisində baş verib. Hərəkətdə olan “VAZ 2106" markalı avtomobilin idarəetməsi itdiyindən yol kənarındakı beton dirəyə çırpılıb.

Nəticədə avtomobilin sürücüsü və bir sərnişin hadisə yerində ölüb. Avtomobildə olan 3 sərnişin ağır bədən xəsarətləri ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. Ölən və xəsarət alanların kimliyi araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO