Böyük Qayıdış Xocalıya yeni nəfəs gətirir – VİDEO

Böyük Qayıdış Xocalıya yeni nəfəs gətirir – VİDEO

Hazırda oxunan: Böyük Qayıdış Xocalıya yeni nəfəs gətirir – VİDEO

213069

30 ildən artıq yurd həsrətindən sonra doğma evlərinə qayıdan Xocalı sakinlərinin sevinclərinin həddi-hüdudu yoxdur. Uzun illər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış Xocalılar artıq bir neçə aydır ki, doğma yurdda daimi yaşamağa başlayıblar. 

Bizim.Media xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində hazırlanmış, Xocalı şəhərinin gecə və gündüz görüntülərinin əks olunduğu  videoçarxı şərhsiz təqdim edir.  

Xatırladaq ki, Xocalı şəhəri, dövlət başçısının tapşırığı əsasında, yenidən tikilib və zəruri infrastrukturla təchiz olunub. Bu günədək Xocalı şəhərində 44 ailənin (169 nəfər) daimi məskunlaşması təmin edilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO