Ağdama dolu düşüb – FAKTİKİ HAVA

Ağdama dolu düşüb – FAKTİKİ HAVA

Hazırda oxunan: Ağdama dolu düşüb – FAKTİKİ HAVA

212942

Sentyabrın 24-ü saat 15:00-a olan faktiki hava açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Ağstafa, Gəncə, Şəmkir, Daşkəsən, Gədəbəy, Tovuz, Şəki, Zaqatala, Balakən, Qax, Goranboy, Naftalan, Göygöl, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Ağdam, Şahdağ, İsmayıllı, Qəbələ, Göyçay, Qrız, Xınalıq, Beyləqanda şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb. 

Ağdam rayonu Quzanlı kəndinə saat 13:08-13:10 radələrində diametri 8 mm olan dolu düşüb. 

Qərb küləyi Zaqatalada (Əlibəy) 28 m/s, Daşkəsəndə 20 m/s, Naftalanda 18 m/s, Gədəbəydə 16 m/s-dək güclənib. 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 25, Aran rayonlarında 29, dağlıq rayonlarda 19 dərəcəyədək isti qeydə alınıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO