8 Noyabr prospektində nəqliyyatın hərəkəti yenə dayandı - FOTO/VİDEO

8 Noyabr prospektində nəqliyyatın hərəkəti yenə dayandı - FOTO/VİDEO

Hazırda oxunan: 8 Noyabr prospektində nəqliyyatın hərəkəti yenə dayandı - FOTO/VİDEO

212887

Xətai rayonu 8 Noyabr prospektində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyətin qismən aradan qaldırıldığı deyilsə də, bu gün səhər saatlarından yenə sözügedən istiqamətdə hərəkət tamamilə dayanıb.

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Görüntülərdən və şərhlərdən aydın olur ki, prospektin Ramiz Quliyev küçəsi ilə kəsişməsindən mərkəz istiqamətində yüzlərlə avtomobil tıxacda qalıb. Sürücü və sərnişinlər maşından enərək gözləmək və ya piyada hərəkət etmək məcburiyyətində qalıblar.

Qeyd edək ki, ötən gün 8 Noyabr prospektinin Ramiz Quliyev küçəsi ilə kəsişməsindən 7-ci Dairəvi küçəsi ilə kəsişməyə qədər (“Bravo” marketin yaxınlığı) nəqliyyat vasitələrinin hərəkətinin qismən bərpa olunduğu bildirilirdi.

Həmin görüntüləri təqdim edirik:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO