“Mayın 10-da vaksinasiya üçün randevu.its.gov.az saytında qeydiyyatdan keçərək saat 14:00-15:00 üçün 39 saylı şəhər poliklinikasına yaxınlaşsam da, vaksinasiya oluna bilmədim”.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkədə jurnalist Kamran Mahmudov paylaşım edib.
Onun sözlərinə görə, poliklinikaya yaxınlaşdığı gün ona bildirilib ki, mayın 10-da vaksinasiya saat 14:00-a qədər olub və artıq poliklinikada heç kim yoxdur:
MÖVZU İLƏ BAĞLI:
Peyvənddən sonra koronaya yoluxan həkim - Vaksinlərin təsiri azalır – VİDEO
“Deyirəm bəs necə olur ki, saat 14:00-a qədər işləyirsiniz, amma qeydiyyata da adam götürürsünüz? Deyirlər ki, bu, bizim günahımız deyil, randevu.its.gov.az saytının günahıdır.
Poliklinikanın baş həkiminin müavininin cavabı isə daha unikal oldu. Deyir ki, siz niyə başqa poliklinikanı deyil, məhz bizim poliklinikanı seçmisiniz? Daha nə deyəcəyimi bilmirəm.
İctimai nəqliyyatın işləmədiyi bir vaxtda, boş vaxt tapıb, qeydiyyatdan keçib, taksi ilə vaksin olunmağa gedirsən, onda da qeydiyyatdan keçdiyin poliklinika öz keyfi ilə işləməsin. İndi mən yenidən vaksin olunmaq üçün qeydiyyatdan necə keçə bilərəm?”.
Bizim.Media