Xəbər verdiyimiz kimi, bu gün VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib.
Bizim.Media xəbər verir ki, əvvəlki çağırışlardan fərqli olaraq bu dəfə vitse-spikerlərin sayı üç deyil, dördə bərabər olub.
MÖVZU İLƏ BAĞLI:
Onlar VII çağırışda komitə sədri olmayacaqlar – ADLAR
Belə ki, VI çağırışda vitse-spikerlər müvafiq olaraq seçkilərdə qalib gələn partiyanı, bitərəfləri və müxalifəti təmsil edən şəxslər olmuşdu.
VII çağırışda isə Naxçıvan Muxtar Respublikasını təmsil edən vitse-spiker də fəaliyyət göstərəcək.
Bu vəzifəni Ziyafət Əsgərov icra edəcək.
Xatırladaq ki, Ziyafət Əsgərov 1 saylı Şərur-Sədərək seçki dairəsindən millət vəkili seçilib. O, I çağırışdan bəri Milli Məclisin deputatdır. Z.Əsgərov II, III, IV və V çağırış parlamentdə də vitse-spiker olub.
Qeyd edək ki, Ziyafət Əsgərovdan əlavə, Əli Əhmədov Milli Məclis sədrinin birinci müavini, Musa Qasımlı və Rafael Hüseynov isə sədrin müavinləri seçiliblər.
Bizim.Media