Ağadadaş Ağayevin “balta olayı”nda adı hallanan mühafizə şirkəti CƏRİMƏLƏNDİ

Ağadadaş Ağayevin “balta olayı”nda adı hallanan mühafizə şirkəti CƏRİMƏLƏNDİ

Hazırda oxunan: Ağadadaş Ağayevin “balta olayı”nda adı hallanan mühafizə şirkəti CƏRİMƏLƏNDİ

212723

Azərbaycanda mühafizə fəaliyyəti göstərən "Vətən-N Mühafizə Xidməti" MMC əmək qanunvericiliyini pozduğuna görə cərimələnib.

Bizim.Media iqtisadiyyat.az-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən bu ayın əvvəlində şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
 

Daha sonra protokol baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.


Hakim Ramilə Xəzrinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Qeyd edək ki, bu il iyulun 23-də Xalq artisti Ağadadaş Ağayevlə özəl hospitallardan birini mühafizə edən "Vətən-N Mühafizə Xidməti"nin mühafizəçisi Nurəddin Cəlilov arasında insident yaranıb. A.Ağayev əlində olan baltanı mühafizəçiyə tullayıb, daha sonra onunla əlbəyaxa olub. Atılan balta orada işləyən xadimənin ayağına dəyib. Faktla bağlı cinayət işi başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO