Bakı metrosunda qatarda nasazlıq: Sərnişinlər düşürüldü - VİDEO

Bakı metrosunda qatarda nasazlıq: Sərnişinlər düşürüldü - VİDEO

Hazırda oxunan: Bakı metrosunda qatarda nasazlıq: Sərnişinlər düşürüldü - VİDEO

212685

Bakı metrosunun “Dərnəgül” – “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən qatarın qapısında nasazlıq ehtimalı yaranıb və bu səbəbdən sərnişinlər düşürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Qatar “Elmlər Akademiyası” stansiyasında olarkən maşinist qapıya baxış keçirib.

“Bakı Metropoliteninin normativ tələblərinə uyğun olaraq əlavə baxış keçirilməsinə ehtiyac olduğu üçün sərnişinlər düşürülüb, qatar elektrik deposuna yola salınıb. Əvəzində ehtiyat qatar verilib, bunun nəticəsində xətdə iki qatar arasında intervaldan əlavə olaraq dörd dəqiqə yubanma yaranıb”, – deyə Bəxtiyar Məmmədov qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO