Qobustan qəsəbəsində məktəb binası yaxınlığında yanğın oldu

Qobustan qəsəbəsində məktəb binası yaxınlığında yanğın oldu

Hazırda oxunan: Qobustan qəsəbəsində məktəb binası yaxınlığında yanğın oldu

212668

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunun Qobustan qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Bizim.Media-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qamışlıq sahədə baş vermiş yanğın ətraf ərazilərə yayılmasına, o cümlədən yaxınlıqdakı fərdi yaşayış evləri və məktəb binasına keçməsinə imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində təxminən 1ha sahədə qamışlıq ərazi yanıb.

Yaxınlıqdakı məktəb binası və fərdi yaşayış evləri yanğından mühafizə olunub. Eyni zamanda, yanğınsöndürənlər tərəfindən 20 baş iribuynuzlu heyvan yanğından xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO