Zaqatalada fərdi yaşayış evində yanğın oldu

Zaqatalada fərdi yaşayış evində yanğın oldu

Hazırda oxunan: Zaqatalada fərdi yaşayış evində yanğın oldu

212546

Zaqatalada fərdi yaşayış evində yanğın olub.

Bizim.Media xəbər verir ki, gecə saat 02 radələrində rayonun Aşağı Tala kəndində, kənd sakini Mehriban Həmid qızı Əhmədovaya məxsus ümumi sahəsi 90 kv/m olan birmərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün hadisə yerinə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.

Yanğının genişlənməsinin qarşısı dərhal alınıb.

Yanğın nəticəsində evin 20 kv/m-lik mətbəxinin tavan hissəsi və mətbəxtdə olan ev əşyaları yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO