Gecə saatlarında Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran rayonunun Girdəni kəndi ərazisində hərəkətdə olan iki "Mercedes" markalı minik avtomobilləri toqquşub.
Bizim.Media xəbər verir ki, hadisə zamanı nəqliyyat vasitələri su kanalına aşıb.
Nəticədə dörd nəfər 1948-ci il təvəllüdlü Nəsibə Mənşur qızı Ağayeva, 1982-ci il təvəllüdlü Xəyalə Fərzulla qızı Ramizli, 1957-ci il təvəllüdlü Arifə Mənşur qızı Fərzullayeva və 2006-cı il təvəllüdlü Həsən Fərid oğlu Fərzullayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə aparılıblar. Qəzada yaralananlar toy mərasiminə gedirmişlər.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu