Sabah Bakıda yağış yağacaq – XƏBƏRDARLIQ

Sabah Bakıda yağış yağacaq – XƏBƏRDARLIQ

Hazırda oxunan: Sabah Bakıda yağış yağacaq – XƏBƏRDARLIQ

212349

Bakıda və Abşeron yarımadasında sentyabrın 21-də günün birinci yarısında arabir yağış yağacağı gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var. 

Azərbaycanın rayonlarında sentyabrın 22-si axşamadək fasilələrlə yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
 

Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi aran, Lənkəran-Astara) leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. 


Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO