Digər ölkələrdə QADAĞA, Azərbaycanda hədsiz İSTİFADƏ – Hansı məhsullarımızda palma yağı var?

Digər ölkələrdə QADAĞA, Azərbaycanda hədsiz İSTİFADƏ – Hansı məhsullarımızda palma yağı var?

Hazırda oxunan: Digər ölkələrdə QADAĞA, Azərbaycanda hədsiz İSTİFADƏ – Hansı məhsullarımızda palma yağı var?

212169

Azərbaycan bazarlarında istehlakçıya təklif olunan kərə yağlarının, "duru yağ" kimi adlandırılan bitki yağlarının tərkibində insan sağlamlığı üçün zərərli olan palma yağlarından istifadə olunduğu bildirilir. Bu gün satılan məhsulların üzərində tərkibində palma yağının olması ilə bağlı yazıya rast gəlinmir. İnsanlar arasında ziyanlı maddə kimi tanınan palma yağını gizlətmək üçün qidanın tərkibində bitki yağı, yaxud palma turşusu və ya bu kimi adlar yazılır. Bəzən isə tərkib haqqında yazılar o qədər kiçik ölçüdə və qarışıq qeyd edilir ki, hər kəsin oxuması mümkün olmur. 

Dünya bazarında palma yağından və ondan hazırlanmış məhsullardan istifadə edilməsi reallıqdır. Azərbaycan da idxalçı ölkələrdən olduğuna görə belə məhsulların ölkəmizdə istifadəsi qaçılmazdır.

Palma yağının insan orqanizminə təsiri nədir?
 

MÖVZU İLƏ BAĞLI:

Palma yağlarının təhlükəsi – “Azərbaycanda 2 milyon ton süd çatışmazlığı var” - ARAŞDIRMA


Palma yağı yüksək doymuş yağ tərkibli bitki yağı növüdür. İstehsal xərclərinin az olması səbəbindən yüksək tələbat olan palma yağından müxtəlif məhsullarda istifadə edilir. Mütəxəssilər hesab edirlər ki, palma yağı bir çox xəstəliyə, o cümlədən, ürək-damar sisteminin pozulmasına, damar tıxanıqlığına və xərçəngə səbəb ola bilər.

Hansı məhsullarda palma yağı var?

Bir çox məhsulların, kərə yağı, dondurma, cips, şokolad, paketlənmiş çörək və bir sıra gündəlik qida rasionumuza aid etdiyimiz tərkibində var. Palma yağı, həmçinin, şampun, dodaq boyası və digər yuyucu vasitələrin tərkibində qalmaqdadır.

Hər gün istifadə etdiyimiz yağların tərkibi və keyfiyyəti yoxlanılırmı?

Mövzu barədə Bizim.Media-ya danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib ki, palma yağından istifadə məhsulun ömrünü uzadır:

“Günü-gündən inkişaf edən dünyada qida çeşidi artır. Çeşid çoxluğu heç də hamısı sağlamlıq tərəfdən deyil, əksər hallarda qidaların daha ucuz xammaldan əldə olunması və xüsusilə də rəf ömrünün uzun olmasına hesablanmış istehsal artımıdır. Palma yağının istifadəsi də bu səbəbdəndir. Palma yağından istifadə olunduqda həmin məhsulların xarab olması gecikir, eyni zamanda, daha ucuz başa gəlir”.

O bildirib ki, bəzi ölkələrdə palma yağından istifadə qadağan edilib:

“Bir çox ölkələrdə məhsulların tərkibində palma yağından istifadə edilsə də bəzi ölkələrdə, xüsusilə, uşaq qidalarında buna qadağalar qoyulub. Avropa Qida Təhlükəsizliyi Agentliyinin 2016-cı ildə apardığı araşdırmaların nəticələrində gündəlik olaraq hər bir qidada palma yağından istifadə edən insanlar normadan artıq istifadə etdiyi üçün sağlamlığında müəyyən təhlükələrin yarandığı göstərilib. 

Palma yağından, xüsusilə paketlənmiş qidaların əksəriyyətinin tərkibində, eyni zamanda, iaşə obyektlərində verilən qızartma yeməklərində və bir çox şirniyyatların tərkibində istifadə olunur. Bəzən göstərilməsə də, bitki yağları adı altında, bəzən kimyəvi adı ilə, kodlarla qeyd olunur. Belə olan halda istehlakçılar aldıqları məhsulun tərkibi haqqında tam məlumatlı olmurlar”.

Mütəxəssis hesab edir ki, palma yağından az miqdarda istfadənin ağır fəsadları olmur:

“Bir çox araşdırmanın nəticəsi göstərir ki, palma yağı iki üsulla, həm meyvə, həm də dənəsindən alınır. Eyni zamanda, sənaye üsulu hazırlanan yağlar var ki, qida üçün bunların istifadəsi yararlı deyil. Amma təbii haldadırsa, tərkibində A, E vitaminləri varsa, az miqdarda istifadə olunduqda o qədər də zərərli deyil. 

20 yaşa qədər insan orqanizmində hər gün inkişaf getdiyi üçün keyfiyyətsiz yağdan istifadə inkişafdan geri qalmaya, erkən yaşda müəyyən xəstəliklərə tutulmağa səbəb olur. Palma yağından həddən artıq istifadə edən insan orqanizmində pis xolesterinin (LDL) səviyyəsini yüksəldir və yaxşı xolesterinin (HDL) səviyyəsini aşağı salır. Bu da bir çox xəstəliklərin yaranmasına gətirib çıxarır”.

Günay Şahmar, Bizim.Media 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO