Sənədləri saxtalaşdıraraq 60 min manatlıq dələduzluq edənlər MƏHKƏMƏ QARŞISINDA

Sənədləri saxtalaşdıraraq 60 min manatlıq dələduzluq edənlər MƏHKƏMƏ QARŞISINDA

Hazırda oxunan: Sənədləri saxtalaşdıraraq 60 min manatlıq dələduzluq edənlər MƏHKƏMƏ QARŞISINDA

212127

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda törədildikdə) və 320-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə təqsirli bilinən şəxslər - Qurbanov Mustafa Zirəddin oğlu və Kərimov Maqsud Qadir oğlunun məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

Bizim.Media xəbər verir ki, ilkin olaraq təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. 

Mustafa Qurbanovun MMC-də dizayner işlədiyi məlum olub. Digər MMC işçisi Maqsud Kərimovun da anket məlumatları dəqiqləşdirildikdən sonra zərərçəkən Seyran Əhədovun anası Gülxar Əhədovanın məhkəməyə təqdim etdiyi etibarnaməsi qəbul olunub. Səbəb isə zərərçəkən kimi tanınan Seyran Əhədovun hazırda ölkədə olmaması göstərilib. 

Qeyd edək ki, təqsirləndirilən şəxslər barəsində ibtidai istintaq dövründə "polis nəzarəti altına vermə" qətimkan tədbiri seçilib.
 

Mustafa Qurbanovun vəkili zərərçəkən şəxsin onun müvəkkilindən heç bir şikayətinin olmamasını qeyd edib, bunula bağlı ərizənin olmasını da bildirib. Və həmçinin iş materialları ilə tanış olmadığı üçün məhkəmənin hazırlıq iclasının təxirə salınması ilə bağlı şifahi vəsatət verib. Hakim vəkilin vəsatətini təmin edərək məhkəmə prosesinin hazırlıq iclasını 26 sentyabr tarixinə kimi təxirə salıb.


İttiham aktı ilə məlum olub ki, MMC əməkdaşları işlədikləri şirkətin adından istifadə edərək vətəndaşa qarşı 60 min manatdan çox dələduzluq ediblər.

Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO