Keçmiş həyat yoldaşını amansızlıqla qətlə yetirən şəxsə AĞIR CƏZA

Keçmiş həyat yoldaşını amansızlıqla qətlə yetirən şəxsə AĞIR CƏZA

Hazırda oxunan: Keçmiş həyat yoldaşını amansızlıqla qətlə yetirən şəxsə AĞIR CƏZA

211996

Övladlarını görməyə gələn keçmiş həyat yoldaşını qətlə yetirən Rövşən Quliyevə hökm oxunub.

Bizim.Media xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilib.

Məhkəmə prosesi zamanı şahid qismində ifadə verən Əli Əliyevin ifadəsi elan olunub.

Şahid deyib ki, hadisə zamanı mərhuma kömək etmək istəsə də, alınmayıb:

"Qadının saçını tutub özünə tərəf çəkəndə mən istədim kömək edim. Ancaq Rövşən cibindən bıçaq çıxardaraq heç kimin yaxın gəlməməyini söyləyərək qadına çoxsaylı zərbələr endirdi".

Şahidin ifadəsi elan olunduqdan sonra hakim sənədlərin tədqiqinə başlanılıb. Məlum olub ki, Rövşən Quliyev bundan öncə də 2 dəfə məhkum olunub.

Məhkəmə istintaqı yekunlaşıb.

Prokuror Orxan Səmədov Rövşən Quliyevin zərərcəkmişlə barışığının olmamasını, əvvəllər məhkum olunmasını nəzərə alaraq ona 19 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxs Rövşən Quliyev son sözündə törətdiyi əməldən peşman olmamasını bildirib.

Məhkəmənin qərarına əsasən, Rövşən Quliyev 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxs mərhumla üş öncə boşanıb. Rövşən Quliyev Sevinc İbrahimovaya küçədə 35 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Cütlüyün birgə nigahdan 14 və 6 yaşlı övladları var.

Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO