Bakıdakı kütləvi davada tələbəyə 5 xəncər zərbəsi vurulub – VİDEO

Bakıdakı kütləvi davada tələbəyə 5 xəncər zərbəsi vurulub – VİDEO

Hazırda oxunan: Bakıdakı kütləvi davada tələbəyə 5 xəncər zərbəsi vurulub – VİDEO

211969

Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri arasında kütləvi dava düşüb.

Bizim.Media Baku.TV-yə istinadən xəbər verir ki, hadisə Xətai rayonu Məhsəti küçəsi 5 a ünvanında qeydə alınıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var


Belə ki, hadisə nəticəsində 19 yaşlı Elmir Nəsirov bədəninin 5 nahiyyəsindən xəncər zərbəsi alıb.

Yaralı ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

DİN-in Mətbuat xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, paytaxtın Xətai rayonunda bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə daxil olmuş məlumat üzrə araşdırma başlanılıb.

Əməli törədən şəxsin və ya şəxslərin müəyyən olunması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Daha ətraflı videomaterialda:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO