DİN Cəlilabadda əməliyyat keçirdi: Tutulan var – FOTO

DİN Cəlilabadda əməliyyat keçirdi: Tutulan var – FOTO

Hazırda oxunan: DİN Cəlilabadda əməliyyat keçirdi: Tutulan var – FOTO

211962

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyat zamanı 33 yaşlı Cahid Vəkilov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, ondan ümumilikdə 16 kiloqram heroin, marixuana, metamfetamin və 100 ədəd metadon həbi aşkarlanıb.

Araşdırmalarla C.Vəkilovun narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi və maddi qazanc qarşılığında Bakı şəhəri ərazisində deyiləcək ünvana çatdırmağa razılaşdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO