Azərbaycan nüfuzlu beynəlxalq reytinqdə tarixi göstəriciyə NAİL OLDU

Azərbaycan nüfuzlu beynəlxalq reytinqdə tarixi göstəriciyə NAİL OLDU

Hazırda oxunan: Azərbaycan nüfuzlu beynəlxalq reytinqdə tarixi göstəriciyə NAİL OLDU

211921

Sentyabrın 17-də BMT-nin Elektron Hökumətin İnkişaf İndeksi (EGDI) üzrə mətbuat konfransı zamanı Azərbaycanın rəqəmsal hökumətin inkişafı istiqamətində mühüm irəliləyiş əldə etdiyi açıqlanıb.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən Bizim.Media-ya bildirilib ki, beynəlxalq hesabatda ölkəmiz 2022-ci illə müqayisədə bu il 9 pillə irəliləyərək 193 ölkə arasında 74-cü yerə yüksəlib.

Reytinqin yekun göstəricisində Azərbaycan 1 ballıq şkala üzrə 0.7607 bal toplayaraq tarixi göstəriciyə nail olub. Bununla da Azərbaycan ilk dəfə indeksin ən yüksək kateqoriyası hesab edilən “Very High EGDI” ölkələrin sırasına daxil olub.
 

BMT-nin Elektron Hökumətin İnkişaf İndeksi hər iki ildən bir açıqlanır və bu hesabata ölkələrin rəqəmsal hökumətin inkişafı üzrə göstəriciləri daxildir. Bu il açıqlanan hesabatda yer alan göstəricilər 2023-cü ilin may ayına qədər olan vəziyyəti əks etdirir.


Azərbaycan indeksin qiymətləndirmə meyarlarını əks etdirən onlayn dövlət xidmətləri və telekommunikasiya istiqamətlərinin hər biri üzrə irəliləyişə nail olub.

Hesabatda bildirilir ki, ölkəmizin onlayn dövlət xidmətləri və telekommunikasiya infrastrukturu üzrə göstəricilərinin hər birində 21 faiz olmaqla artım qeydə alınıb. Azərbaycan ötən illərlə müqayisədə ilk dəfə olaraq Elektron İştirakçılıq İndeksində (EPI) əhəmiyyətli irəliləyiş əldə edib.

Bu indeks üzrə artım 28 faiz təşkil edib və ölkəmizin indeksdə 98-ci yerdən 88-ci yerə yüksəlməsini təmin edib.

Reytinqdə Azərbaycanın mövqeyinin güclənməsinə, xüsusilə son iki ildə Rəqəmsal İnkişaf Strategiyası istiqamətində görülən işlər, o cümlədən müvafiq dövlət qurumlarının koordinasiyalı fəaliyyəti, beynəlxalq ekspertlərlə təcrübə mübadiləsi nəticəsində ərsəyə gələn müxtəlif rəqəmsal hökumət həlləri, ölkə miqyasında həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi kimi təşəbbüslər ciddi töhfəsini verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO