Qızını bıçaqlayan ata: “Dedim ki, hicabını çıxart, sən ona layiq deyilsən”

Qızını bıçaqlayan ata: “Dedim ki, hicabını çıxart, sən ona layiq deyilsən”

Hazırda oxunan: Qızını bıçaqlayan ata: “Dedim ki, hicabını çıxart, sən ona layiq deyilsən”

211903

Bakıda qızını öldürməyə cəhd etməkdə təqsirləndirilən Rəfail Cavadovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid  Mətanət  Məmmədova ifadə verib.

O, bildirib ki, təqsirləndirilən şəxslə qonşu olub:

“Bu ailə namaz qılandır. 5 ildir ki, qonşuyam, heç bir problemlərini görməmişəm. Çox mülayim insanlar olublar. Qızı Rəna xanımı tanıyıram. Çox heyvansevərdi. Başıaşağı işə gedib gəlib.

Evdə idik. Onlarla qapı bir qonşuyuq. Gördüm qapı döyülür. Koridorda qışqırıq başladı. “Qızın əxlaqsızdır, şəkilləri var məndə” deyilirdi. Biz də səsə çıxdıq. Gələn Mirələmin anası Ərkinaz imiş. Rəna atasına yalvardı ki, ata yalan deyirlər. Biz dedik ki, ailəyə dava salma. Səs-küyü yığışdırın gedin evə. Bir də gördük evdən qışqırıq gəlir. İçəri girdik ki, atası Rənanı bıçaqlayıb”. 

Prokuror Mətanət Məmmədovanın istintaqdakı ifadəsi ilə indikinin ziddiyət təşkil etdiyini deyib. Mətanət Məmmədovaya istintaqdakı ifadəsi göstərildiyi zaman onu qismən təkzib edib:

“Mən belə ifadə verməmişəm. Müstəntiqə inandım oxumadan imzaladım”.

Məhkəmə prosesini işıqlandırdığı üçün Rəna Cavadova jurnalistlərin zaldan çıxmasını tələb edib. Açıq məhkəmə iclası olduğu üçün tələb nəzərə alınmayıb.

Prosesin davamında təqsirləndirilən şəxs əsəblərinə hakim gəlməyərək danışmağa başlayıb:

“Yüz dəfə deyirdim ki, qızım, bəsdir. 6 il mənlə dalaşdın. Get, baş örtüyünü aç. Sən ona layiq deyilsən. Mərdi qovub namərd elədilər. Qan çıxmamış sakitləşməyəcəkdi”.

Proses 8 oktyabra təyin olunub. 

Qeyd edək ki, hadisə bu ilin fevralında paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1958-ci il təvəllüdlü Rəfail Cavadov qısqanclıq zəminində qızı Rəna Cavadovaya 5 bıçaq zərbəsi ilə xəsarət yetirib. Rəfail Cavadov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldurməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO