Bakıda avtobus marşrutuna hücum edənlər cəzalandırıldı – FOTO

Bakıda avtobus marşrutuna hücum edənlər cəzalandırıldı – FOTO

Hazırda oxunan: Bakıda avtobus marşrutuna hücum edənlər cəzalandırıldı – FOTO

211853

Sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması məqsədilə marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. 

AYNA-dan Bizim.Media-ya verilən məlumata görə, bu işlər çərçivəsində Bayıl yaşayış sahəsini Səbail rayonunun Salman Mümtaz küçəsi ilə əlaqələndirən 56 nömrəli şəhərdaxili marşrutu da müsabiqəyə təqdim olunub və sentyabrın 5-də qalib elan olunub. 

Beləliklə, sərnişinlərin ixtiyarına müasir və komfortlu avtobuslar verilib. Lakin xəttə buraxılan yeni avtobuslara xəttin köhnə istismarçısı tərəfindən hücum edilib və nəqliyyat vasitələrinə zərər yetirilərək marşrutun fəaliyyətinə əngəl törədilib. 

Baş verən insidentlə əlaqədar hadisəni törədənlər polis şöbəsinə aparılıb. Hüquq-mühafizə orqanları tərəfindən izahatları alınıb. Müvafiq araşdırmalar davam etdirilir. 

Qeyd edək ki, zərər yetirilən avtobuslar təmir edilərək xəttə qaytarılıb və hazırda sərnişinlərin xidmətinə verilib. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO