Hövsan sakinləri vaxtından əvvəl çimərlik mövsümünü açıblar. Son günlər havanın temperaturu yüksəldiyindən insanlar sərinləmək üçün dənizə üz tutublar.
Bizim.Media xəbər verir ki, bu barədə “Hövsan-Hövsan” səhifəsi görüntü paylaşıb.
Qeyd edək ki, bu yay çimərliklərin fəaliyyətinə icazə verilib-verilməyəcəyi məlum deyil və cəmiyyəti maraqlandıran məsələlərdən biridir.
Ötən il Azərbaycanda sərt karantin rejimi tətbiq olunduğundan məhdudiyyətlər sırasına çimərliklərin də qapanması daxil idi.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov mətbuata açıqlamasında çimərliklərin açılması ilə bağlı tələsmək lazım olmadığını deyib.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:24 / 15.05.2021
Bakı sakinləri dənizə üz tutur - Maraqlı FOTO
Hazırda oxunan: Bakı sakinləri dənizə üz tutur - Maraqlı FOTO
Hazırda oxunan: Bakı sakinləri dənizə üz tutur - Maraqlı FOTO
21184
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.