Milli Məclisin sabiq sədri Oqtay Əsədovun həyat yoldaşı Əsədova Zemfira Adil qızı işdən çıxarılıb.
Bizim.Media qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq Əmr imzalayıb.
Bir müddət əvvəl Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Zemfira Əsədovanın müdiri olduğu 175 nömrəli körpələr evi-uşaq bağçasında yoxlamalar aparılıb və bəzi pozuntular aşkarlanıb.
Z.Əsədova yoxlamalardan sonra öz ərizəsi ilə vəzifəsindən gedib.
175 nömrəli körpələr evi-uşaq bağçasına hələlik müdir təyin edilməyib.
Qeyd edək ki, Zemfira Əsədova bu bağçada 20 ildən çox müdir olub. Hətta 2017-ci ildə 175 nömrəli körpələr evi-uşaq bağçasının (“Şənlik” uşaq bağçası) 30 illiyinə həsr edilmiş təmtaraqlı tədbir də keçirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:52 / 17.09.2024
Oqtay Əsədovun xanımı vəzifəsindən azad edildi
Hazırda oxunan: Oqtay Əsədovun xanımı vəzifəsindən azad edildi
Hazırda oxunan: Oqtay Əsədovun xanımı vəzifəsindən azad edildi
211826
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.