Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin pisləşəcəyi barədə xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, noyabrın 7-dən 8-i səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq, yarımadanın bəzi yerlərində intensiv olacaq.
Şimal-qərb küləyi əsəcək, 15-18 m/s, arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək.
Noyabrın 8-i səhərədək Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcək, bəzi yerlərdə şimşək çaxacaq, arabir leysan xarakterli yağış yağacaq, ayrı-ayrı yerlərdə intensiv və güclü olacaq. Yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:30 / 06.11.2020
Leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ
Hazırda oxunan: Leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ
Hazırda oxunan: Leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ
2117
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.