FAKTİKİ HAVA: Şimşək çaxıb, yağış yağıb

FAKTİKİ HAVA: Şimşək çaxıb, yağış yağıb

Hazırda oxunan: FAKTİKİ HAVA: Şimşək çaxıb, yağış yağıb

211641

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bununla bağlı Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Sentyabrın 16-sı saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gündüz bəzi dağlıq və dağətəyi ərazilərdə şimşək çaxıb, qısamüddətli yağış yağıb.

Düşən yağıntının miqdarı Goranboy, Yardımlı, Astara, Daşkəsən, Gədəbəydə 1 mm-dək olub.
 

Sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi arabir Culfada 21 m/s, Gəncədə 20 m/s, Goranboyda 19 m/s, Tərtərdə 18 m/s, Bakıda və Abşeron yarımadasında isə 16 m/s-dək güclənib.


Şahdağ, Qrızda duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 31, Aran rayonlarında 30, dağlıq rayonlarda 19 dərəcəyədək isti qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO