Şəhid övladları qəzaya düşdü - FOTO

Şəhid övladları qəzaya düşdü - FOTO

Hazırda oxunan: Şəhid övladları qəzaya düşdü - FOTO

211590

Yeni Ələt-Astara magistral yolunun 99-cu kilometrliyində avtomobil qəzası baş verib. 

Bizim.Media xəbər verir ki, Gülnar Abdullayevaya məxsus 77 RY052  nömrəli “Hyunday-Sonata” markalı maşın sürətli keçmə əməliyyatı həyata keçirən nəqliyyat vasitəsi ilə vurulub. Vurulan avtomobil yol qoruyucularına dəyib dayandığından qəza nisbətən yüngül keçib. 

Qəza vəziyəti yaradan nəqliyyat vasitəsi isə hadisə yerində dayanmayıb. Qeyd edək ki, maşını vurulan qadın sürücü şəhid Rəşad Abdullayevin xanımıdır.

Hadisə zamanı maşında onun 3 uşağı və qadın qohumu olub. Qəzada maşında olan şəxslər yüngül xəsarətlər alıblar və onlara hadisə yerinə gələn təcili yardım bölməsi tərəfindən ilkin yardım göstərilib. 

Hadisə yerində müvafiq Yol-Polis Xidməti  araşdırma aparır.








Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO