Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 14-də keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar 42 saylı Sumqayıt birinci seçki dairəsindən namizədliyi qeydə alınmış Yasəmən Mahmudovanın müraciətinə baxılıb.
Bizim.Media xəbər verir ki, bu barədə MSK katibi Arifə Muxtarova bildirib.
Onun sözlərinə görə, şikayətçi seçki dairəsi üzrə bütün seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılması barədə müraciət edib.
Namizəd şikayətində səsvermə günü seçki qutularına qanunsuz olaraq bülletenlərin atıldığını, bir şəxsin bir neçə dəfə səs verdiyini və seçkiyə aid digər qanun pozuntularının da olduğunu qeyd edib. Müraciətə video və fotogörüntülər əlavə olunub.
MSK sədri Məzahir Pənahov bildirib ki, müraciətçinin yaxınları, qohumları müsahibə verərək seçkilərin şəffaf keçirildiyini deyiblər.
A.Muxtarova əlavə edib ki, dairə üzrə səsvermənin nəticələrinin etibarsız sayılması üçün hüquqi əsaslar müəyyən edilməyib.
Sadəcə, məntəqələrdə seçicilərin iradəsinin müəyyənləşdirilməsinə imkan verməyən, Seçki Məcəlləsinin tələblərinə zidd olan hallar nəzərə alınaraq seçki dairəsinin 27 saylı seçki məntəqəsində səsvermənin nəticələri etibarsız hesab edilib.
Bu barədə məsələ iclasda səsverməyə çıxarılaraq qəbul olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:59 / 14.09.2024
42 saylı Sumqayıt Birinci Seçki Dairəsində bir məntəqənin nəticələri LƏĞV EDİLDİ
Hazırda oxunan: 42 saylı Sumqayıt Birinci Seçki Dairəsində bir məntəqənin nəticələri LƏĞV EDİLDİ
Hazırda oxunan: 42 saylı Sumqayıt Birinci Seçki Dairəsində bir məntəqənin nəticələri LƏĞV EDİLDİ
211447
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.