Azərbaycanda metrodan istifadə edən sərnişinlərin sayı 5 %-dən çox ARTIB

Azərbaycanda metrodan istifadə edən sərnişinlərin sayı 5 %-dən çox ARTIB

Hazırda oxunan: Azərbaycanda metrodan istifadə edən sərnişinlərin sayı 5 %-dən çox ARTIB

211407

Bu ilin yanvar-avqust aylarında Bakıda metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 2023-cü ilin eyni dövrünə nisbətən 5,2 % artıb.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Bakı metropolitenindən istifadə edənlərin sayı 145,6 milyon nəfər olub.

Qeyd edək ki, hazırda metro stansiyalarının ümumi sayı 27, Bakı metrosunun ümumi uzunluğu isə 40,7 kilometrdir.

Bakı metropoliteninin konseptual inkişaf proqramına uyğun olaraq, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 kilometrə, stansiyaların sayı isə 76-ya çatdırılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO