Hər il 30 mindən çox azarkeşin canlı izlədiyi Formula 1 Azərbaycan Qran-Prisi yenidən yarış həvəskarlarını tribunalarda qarşılayır.
Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasından (BŞH) məlumat verilib.
Bildirilib ki, ötən il olduğu kimi bu il də möhtəşəm Bakı yarışına Vətən müharibəsində xalqımıza tarixi Qələbəni bəxş edən qəhrəman şəhidlərimizin ailə üzvləri və qazilərimiz fəxri qonaq qismində dəvət olunublar. Onlar “Formula 1 Qatar Aiways Azərbaycan Qran Prisi 2024”ü 3 gün ərzində canlı izləyə biləcəklər.
Artıq üçüncü ildir ki, bu möhtəşəm idman tədbirinə dəvət olunan fəxri qonaqlarımız builki yarışı Azneft və Qız qalası tribunalarından izləyir.
44 günlük Vətən müharibəsi dövründə şücaət göstərmiş qəhrəman şəhidlərimizin ailə üzvlərini və qazilərimizi mötəbər idman yarışında, Bakı Şəhər Halqası azarkeşləri sırasında görmək qürurvericidir.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.
Bizim.Media