Artilleriya bölmələrimiz şərti düşmənin hədəflərini məhv etdi – FOTO/VİDEO

Artilleriya bölmələrimiz şərti düşmənin hədəflərini məhv etdi – FOTO/VİDEO

Hazırda oxunan: Artilleriya bölmələrimiz şərti düşmənin hədəflərini məhv etdi – FOTO/VİDEO

211278

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) 2024-cü il üçün hazırlıq planına uyğun olaraq, artilleriya bölmələri ilə nümunəvi döyüş atışlı taktiki təlim keçirilib.Təlimin planına əsasən, bölmələr atəş mövqelərinin tutulması, artilleriya silah sistemlərinin döyüş tətbiqinə hazırlanması və digər tapşırıqlar üzrə fəaliyyətləri yerinə yetiriblər.

Bu barədə Bizim.Media-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, real döyüş şəraitinə uyğun keçirilən təlimdə artilleriya bölmələri şərti düşmənin planlı və plandankənar hədəflərini aşkar edərək sərrast atəşlərlə məhv edib.Təlimin keçirilməsində əsas diqqət atəş dəstək qrup komandirlərinin və nizamlayıcıların hədəflərin koordinatlarını dəqiq müəyyən etməsi, məsafələrin və bucaqların düzgün ölçülməsi, eləcə də atəşin idarə edilməsi zamanı funksional vəzifələrinin praktiki icrasına və döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO