DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən “Formula 1 Azərbaycan Qran-Prisi”nə saxta bilet satan şəxs saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində “2024 Formula 1 Azərbaycan Qran-Prisi” yarışlarına saxta biletlər hazırlayaraq satışını təşkil edən əvvəllər məhkum olunmuş Elmar İsrafilov saxlanılıb.
Müəyyən edilib ki, bu şəxs “Instagram” sosial şəbəkəsində yaratdığı profillərdə onlayn qaydada məlumatları dəyişdirilmiş saxta biletlər yerləşdirərək satışı ilə məşğul olub. E.İsrafilov bu yolla 30 nəfərdən artıq şəxsə saxta bilet sataraq maddi gəlir əldə edib. Aparılan əməliyyat-texniki tədbirlər zamanı saxlanılan şəxsin törətdiyi hüquqazidd əməllər tam sübuta yetirilib.
Faktla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.
"“Formula 1 Azərbaycan Qran-Prisi”ni canlı izləmək istəyən şəxslərə biletləri yalnız yarışın rəsmi internet ünvanı, digər partnyor sayt və satış məntəqələrindən əldə etmələri tövsiyə olunur", DİN-in məlumatında deyilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:18 / 12.09.2024
“Formula-1"ə saxta bilet satan şəxs saxlanıldı – VİDEO
Hazırda oxunan: “Formula-1"ə saxta bilet satan şəxs saxlanıldı – VİDEO
Hazırda oxunan: “Formula-1"ə saxta bilet satan şəxs saxlanıldı – VİDEO
211161
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.