Əcnəbilərlə evlənən azərbaycanlılar -   Qadınların sayı kişilərə çatıb

Əcnəbilərlə evlənən azərbaycanlılar - Qadınların sayı kişilərə çatıb

Hazırda oxunan: Əcnəbilərlə evlənən azərbaycanlılar - Qadınların sayı kişilərə çatıb

211122
2017-ci il ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 58,3 min nikaha daxilolma halı qeydə alınıb.

Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəfael Süleymanov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, 2017-ci ildə qeydə alınan nikahlardan 1105-i Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 1054-ü isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanıbr.

Azərbaycan vətəndaşı olan qadınlar əsasən, Türkiyə, Rusiya Fedrasiyası və Gürcüstan vətəndaşları ilə, kişilər isə əsasən Rusiya Federasiyası, Gürcüstan və Ukrayna vətəndaşları ilə nikah bağlayıblar.
Dövlət Komitəsi eyni zamanda, əcnəbilərlə nikaha daxil olan azərbaycanlıların boşanma halları ilə bağlı statistik müşahidə aparılmadığını açıqlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO