Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər TUTULDU - FOTO

Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər TUTULDU - FOTO

Hazırda oxunan: Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər TUTULDU - FOTO

211095

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlər zamanı narkotiklərin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, “VAZ 2104” markalı avtomobilin sürücüsü Elçin Abdullayev və “VAZ 2106”nın sürücüsü Cavid Yusifov yol hərəkəti qaydalarını pozduqları üçün onlara “saxla” işarəsi verilib. 
Yoxlama zamanı sürücülərin narkotik vasitə qəbul etmələrinə dair şübhə yarandığından onlar tibbi müayinədən keçiriliblər. 

Müayinənin nəticəsinə əsasən hər ikisinin narkotik vasitə, marixuana istifadə etdikləri məlum olub. Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

 


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO