Yasamalda avtomobil qaçıran şəxs saxlanıldı

Yasamalda avtomobil qaçıran şəxs saxlanıldı

Hazırda oxunan: Yasamalda avtomobil qaçıran şəxs saxlanıldı

21106

Yasamal rayonu ərazisindən VAZ-2107 markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakini M.Həmidov saxlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsinə mayın 13-də rayon ərazisindən Bakı şəhər sakini S.Əliyevə məxsus VAZ-2107 markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum M.Həmidov müəyyən edilərək saxlanılıb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO