Türk Dövlətlərinin ortaq əlifbası 2026-cı ilədək hazır olacaq?

Türk Dövlətlərinin ortaq əlifbası 2026-cı ilədək hazır olacaq?

Hazırda oxunan: Türk Dövlətlərinin ortaq əlifbası 2026-cı ilədək hazır olacaq?

210956

Türk Dövlətlərinin ortaq əlifbası 2026-cı ilə qədər tam hazır ola bilər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Sputnik Azərbaycan" Telegram kanalı yayıb.

Mənbə qeyd edib ki, ümumilikdə 34 hərfin olacağı əlifbada artıq 14 hərf təsdiqlənib.

Xatırladaq ki, iki gün öncə Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının üçüncü iclası keçirilib.

Təhsil və elm naziri Emin Əmrullayev bildirib ki, hazırda Türk dünyasının ortaq əlifbasının yaradılması türk dövlətlərinin inkişafı və sıx əməkdaşlığı kontekstində atılan zəruri addımdır.

E. Əmrullayev xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 14-də andiçmə mərasimindəki çıxışında Türk dünyası ilə əməkdaşlıq dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyən edilib, Türk Dövlətləri Təşkilatı vahid ailə kimi təqdim olunub.

İclasda hər işarənin və onun səsinin uzlaşdırılması ilə 34 hərfdən ibarət ümumi əlifbanın yaradılması qərara alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO