Saray körpüsündəki təhlükəli vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Saray körpüsündəki təhlükəli vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Saray körpüsündəki təhlükəli vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

210944

Bir neçə gün öncə mətbuatda Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpünün qəzalı vəziyyətdə olması barədə məlumat verilmişdi. Körpüdən istifadə edən sürücülər Sumqayıtdan Bakı istiqamətində 2 əsas yoldan birinin üzərində yerləşən körpüdə təhlükəli vəziyyətin yarandığını bildirirdilər. Vətəndaşlar bu problemi “Azəriqaz” İB-nin əməkdaşlarının yaratdığını iddia ediblər.

Bizim.Media xəbər verir ki, mövzuya “Azəriqaz” İB-nin mətbuat katibi Eldəniz Vəliyev münasibət bildirib. O, qafqazinfo.az-a açıqlamasında deyib ki, hazırda sözügedən ərazidə Abşeron-Saray qaz xəttinin Sumqayıtla əlaqələndirilməsi işləri aparılır:

“Bu da payız-qış aylarında həmin ərazidə yaşayan abonentlərin daha davamlı, təhlükəsiz və fasiləsiz qazla təmin olunmasına xidmət edəcək. Bununla bağlı əməkdaşlarımız çox ciddi işlərə başlayıblar. Körpünün dağıdılması ilə bağlı şikayətlər isə əsassızdır, qətiyyən belə bir hal yoxdur. Əməkdaşlarımız körpüyə yaxınlaşıb, amma üzərinə keçməyiblər”.

Qurum sözçüsü qeyd edib ki, sakinləri əraziyə cəlb olunan ağır texnikalar narahat edə bilər: “Ona görə də avtomobillərin keçməsi üçün bir xətt saxlanılmışdı, bu da tıxac yaradırdı. Bunu nəzərə alaraq, sentyabrın 9-dan “Azəriqaz” İB işlərin gecə növbəsində aparılmasına qərar verdi.

Beləliklə, tıxacın da qarşısı alındı. Vətəndaşlardan xahiş edirik ki, təşvişə düşməsinlər, körpüyə heç bir zərər yetirilə bilməz”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO