Kişilər arasında son illərin TRENDİ - Saç əkimi hansı fəsadlara səbəb olur?

Kişilər arasında son illərin TRENDİ - Saç əkimi hansı fəsadlara səbəb olur?

Hazırda oxunan: Kişilər arasında son illərin TRENDİ - Saç əkimi hansı fəsadlara səbəb olur?

210841

Saç tökülməsi son illərin ciddi problemlərindən biridir.  Xüsusilə,  kişilərin böyük hissəsində 20 yaşdan etibarən saç tökülməsi müşahidə edilir. Buna görə də onların arasında saç əkimi proseduruna daha çox tələbat artıb. 

Ancaq saç əkiminin fəsadlarının olub-olmamasıyla bağlı qərarsız qalanlar da var.  Bəzi mütəxəssislər düşünürlər ki, saç əkimi zamanı dəriyə infeksiya düşə bilər, bəziləri isə deyirlər ki,  saç əkiminin hər hansı bir riski yoxdur.

Bəs əslində necədir? Saç əkimi fəsadlar yarada bilər?
 

MÖVZU İLƏ BAĞLI:

Saçlarımız niyə TÖKÜLÜR? – Səbəblər


Bizim.Media-ya mövzu ilə bağlı açıqlama verən tibb eksperti Adil Qeybulla  bildirib ki, saç əkdirmək orqan nəqlinin növlərindən biridir. 

“Saç tökülməsi genetik faktorlarla, yağlı seboreya,  bədəndə bəzi vitaminlərin çatışmamasıyla və s səbəblərlə bağlı olur. Saç əkdirməyin  orqanizmə hər hansı bir ziyanı yoxdur. Bu, saçın bir yerdən, əsasən, arxa hissədən önə köçürülməsidir. Çünki keçəlləşmə öndən başlayır, alın və təpədə baş verir. Əgər saçın tökülməsi mineral, hormonal çatışmazlıqlarla bağlıdırsa, bunlar bərpa olunur, ancaq genetikdirsə, saç əkdirmə əməliyyatına müraciət etmək olar”.

Bəs saç əkdirmək dəridə infeksiyaların yaranmasına səbəb ola bilər?

“Proses zamanı aseptika, antiseptika qaydaları ciddi şəkildə gözlənilməli, başqa şəxslərdə istifadə olunan alətlər dezinfeksiya olunmalıdır ki, infeksiyalar yaranmasın”,- deyə müsahibimiz fikirlərini tamamlayıb.  

Nəzrin Mirzəyeva, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO