Bu yolda hərəkət ikiaylıq məhdudlaşdırılır

Bu yolda hərəkət ikiaylıq məhdudlaşdırılır

Hazırda oxunan: Bu yolda hərəkət ikiaylıq məhdudlaşdırılır

210816

M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 55,3-cü kilometrində hərəkət 2 ay müddətinə qismən məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bizim.Media-ya məlumat verilib. 

Bildirilib ki, hərəkətin məhdudlaşdırılması Cəngi ərazisində quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədardır.

Qeyd edək ki, sözügedən yolda hərəkət qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil edilib.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO