Qarabağa qayıdan keçmiş məcburi köçkünlərə verilən mənzillər də satışa çıxarılacaq? – Rəsmi AÇIQLAMA

Qarabağa qayıdan keçmiş məcburi köçkünlərə verilən mənzillər də satışa çıxarılacaq? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Qarabağa qayıdan keçmiş məcburi köçkünlərə verilən mənzillər də satışa çıxarılacaq? – Rəsmi AÇIQLAMA

210659

2020-ci ildə Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra 2022-ci ildə “İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış” dövlət proqramı təsdiq olunub. Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri işğaldan azad edilmiş ərazilərə böyük qayıdışın müəyyən olunmasıdır. 

Rəsmi məlumatalara görə, bu il iyulun 31-dək azad edilmiş əraizlərə 2 min 36 ailə, yəni 7 min 9 yüz 1 nəfər köçürülüb.
 

MÖVZU İLƏ BAĞLI:

“Məcburi köçkünlər qayıtdıqca bu mənzillərin QİYMƏTİ ENƏCƏK” – Mühüm AÇIQLAMA 


Bildiyimiz kimi, ötən ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məcburi köçkünlər üçün tikilmiş 1662 mənzilin onlayn satışına başlayıb.

Bəs Qarabağa qayıdan və qayıdacaq keçmiş məcburi köçkünlərin indiyədək məskunlaşdığı mənzillərin aqibəti necə olacaq? Onların da satışa çıxarılması gözlənilirmi?

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən mənzillərin sonrakı taleyi ilə hələki məlumat yoxdur:

“Böyük Qayıdış çərçivəsində doğma yurdlarına köçürülənlər əsasən, Bakı, Sumqayıt və Abşeron olmaqla müxtəlif ərazilərdə, tikintisi yarımçıq qalmış bina, yataqxana, sanatoriya, pioner düşərgəsi və digər inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. 


Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdə yerləşən mənzillərin sonrakı taleyi ilə bağlı hazırda məlumat yoxdur”.

Günay Şahmar, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO