MİQ üzrə müsabiqənin apellyasiya müsahibələrinin nəticələri AÇIQLANDI

MİQ üzrə müsabiqənin apellyasiya müsahibələrinin nəticələri AÇIQLANDI

Hazırda oxunan: MİQ üzrə müsabiqənin apellyasiya müsahibələrinin nəticələri AÇIQLANDI

210649

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələrinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb. 

O bildirib ki, 3 sentyabr tarixində təşkil olunan müsahibələrdə 106 nəfər uğur qazanıb: 

"Müsahibələrdə uğur qazanan namizədlər 12 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd 3x4 formatında fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər". 

"Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur", - deyə qeyd edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO