Xaricdə yaşayan azərbaycanlı alimlərin Bakıda forumu keçirilir

Xaricdə yaşayan azərbaycanlı alimlərin Bakıda forumu keçirilir

Hazırda oxunan: Xaricdə yaşayan azərbaycanlı alimlərin Bakıda forumu keçirilir

210636

Bakıda “Gülüstan” sarayında xaricdə yaşayan azərbaycanlı alimlərin forumu başlayıb. 

Bizim.Media xəbər verir ki, 23 ölkədən 80-dən çox azərbaycanlı alimin olacağı tədbirdə ümumilikdə 200-ə yaxın elm xadimi iştirak edir. 

Forumun məqsədi müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, yerli alimlərlə görüşdürmək, bilik və təcrübə mübadiləsi aparmaq, dünya azərbaycanlı elm adamlarının şəbəkələşməsinə töhfələr verməkdir. 

Forum çərçivəsində tədbir iştirakçıları işğaldan azad edilən ərazilərin bərpası prosesində alimlərimizin bilik və təcrübəsindən yararlanmaq üçün Şuşa və Xankəndi şəhərlərinə yola düşəcək, Qarabağ Universitetinin müəllim heyəti ilə müzakirələr aparacaqlar. 

Sentyabrın 11-dək davam edəcək forum Diasporla İş üzrə Dövlət Komitəsinin və Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Dərnəyinin təşkilatçılığı ilə baş tutub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO