Masallı və Astaranın bəzi yaşayış məntəqələrində qaz təchizatı dayandırılacaq

Masallı və Astaranın bəzi yaşayış məntəqələrində qaz təchizatı dayandırılacaq

Hazırda oxunan: Masallı və Astaranın bəzi yaşayış məntəqələrində qaz təchizatı dayandırılacaq

210559

Masallının üç yaşayış məntəqəsində qaz kəsiləcək.

Bizim.Media xəbər verir ki, Masallı rayon ərazisində yerləşən “Alvadı” QPS-dən qidalanan qaz xəttlərinin kipliyə yoxlanılması üçün Binə Xocavar, Çaxırlı və Şərəfə kəndləri olmaqla ümumilikdə 2 100 abonentin qaz təchizatının 10 sentyabr saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
 

Həmçinin 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planına əsasən Astara rayon Ərçivan qəsəbəsində ŞQTM-500 markalı tənzimləyicinin və siyirtmənin quraşdırılması ilə əlaqədar Ərçivan qəsəbəsində ümumilikdə 320 abonentin qaz təchizatının 9 sentyabr saat 14:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.


Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO