Cəlilabadda baş verən yanğınla bağlı YENİ DETALLAR - VİDEO

Cəlilabadda baş verən yanğınla bağlı YENİ DETALLAR - VİDEO

Hazırda oxunan: Cəlilabadda baş verən yanğınla bağlı YENİ DETALLAR - VİDEO

210557

Cəlilabad rayonunun Azərbaycan küçəsində yerləşən iki mərtəbəli yaşayış evində yanğın baş verib. Hadisə zamanı evdə yatmış vəziyyətdə 4 və 11 yaşlı iki azyaşlı uşaq olub. Uşaqlardan biri-Amil hadisə zamanı qaçaraq xilas olub, digəri 4 yaşlı Ruqayyə Xəyyam qızı İsmayılova isə yatmış vəziyyətdə olduğundan içəridə qalıb. Hadisə yerinə çagrılan Fövqəladə Hallar Nazirliyinın müvafiq bölmələri yanğına müdaxilə edərək ilk növbədə uşagı xilas ediblər və azyaşlı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hadisə zamanı ana Rzayeva Samirə brolyer fabrikində işdə olub.

Bizim.Media xəbər verir ki, ümumi sahəsi 338 kvadrat metr sahəyə malik iki mərtəbəli evin cəmi 80 kvadratı qorunsa da içəridə olan bütün əşyalar və evin yanar konstruksiyaları yanaraq sıradan çıxıb. 8 otaq tam sıradan çıxıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Cəlilabadda yanğın: Azyaşlı uşaq xilas edildi - FOTO


Yanğın Fovqəladə Hallar Nazirliyinin bölmələri tərəfindən söndürülüb və ətraf tikililərə keçməsinin qarşısı alınıb. Yanğının ilkin ehtımala görə elektrik qısaqapanması səbəbindən baş verdiyi bildirilir.

Yangın zamanı xəsarət alan və tüstüdən zəhərlənən uşagin,4 yaşlı Ruqayyənin vəziyyəti isə ağır qiymətləndirilir.

Baş vermiş yanğın hadisəsi ilə bağlı müvafiq araşdırmalar aparılır.


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO