Cəlilabadda yanğında xəsarət alan uşağın VƏZİYYƏTİ AĞIRDIR

Cəlilabadda yanğında xəsarət alan uşağın VƏZİYYƏTİ AĞIRDIR

Hazırda oxunan: Cəlilabadda yanğında xəsarət alan uşağın VƏZİYYƏTİ AĞIRDIR

210535

Cəlilabad rayonunun Azərbaycan küçəsində yerləşən iki mərtəbəli yaşayış evində yanğın baş verib.

Bizim.Media xəbər verir ki, hadisə zamanı evdə təxminən 6-7 yaşlarında iki azyaşlı uşaq olub.
 

MÖVZU İLƏ BAĞLI:

Cəlilabadda yanğın: Azyaşlı uşaq xilas edildi - FOTO


Uşaqlardan biri hadisə zamanı qaçaraq xilas olub, digəri isə yatmış vəziyyətdə olduğundan içəridə qalıb.

Hadisə yerinə çagırılan Fövqəladə Hallar Nazirliyinın müvafiq bölmələri yanğına müdaxilə edərək ilk növbədə uşagı xilas ediblər və azyaşlı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Təxminən 300 kvadrat metr sahəyə malik ikimərtəbəli evin 80 kvadratı qorunsa da içəridə olan bütün əşyalar və evin yanar konstruksiyaları yanaraq sıradan çıxıb.

Yanğının ilkin ehtımala görə qısaqapanma səbəbindən baş verdiyi bildirilir. Evin Rzayeva Samirə adlı şəxsə kirayə verildiyi bildirilir.

Yangın zamanı xəsarət alan uşağın vəziyyəti ağır qiymətləndirilir.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO