Heydər Əliyevin Qarabağ arzusu - Festivalda prezidenti təsirləndirən ANLAR - VİDEO

Heydər Əliyevin Qarabağ arzusu - Festivalda prezidenti təsirləndirən ANLAR - VİDEO

Hazırda oxunan: Heydər Əliyevin Qarabağ arzusu - Festivalda prezidenti təsirləndirən ANLAR - VİDEO

21038

İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı davam edir. Hazırda qala-konsertin ikinci hissəsi yayınlanır. 

Bizim.Media xəbər verir ki, festivalda Heydər Əliyevin Şuşa və Qarabağla bağlı arzularını əks etdirən video-çarx nümayiş olunub.

Video-çarxda ümumilli lider Şuşa, Laçın, Kəlbəcər və Ağdamla bağlı arzuları səsləndirilib:

“Arzu edirəm ki, sizlə birlikdə gedək Şuşaya! Gedəcəyik! İnanın ki, gedəcəyik! Şuşa Azərbaycanın gözüdür. Hər bir azərbaycanlı üçün bu, iftixardır. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, “İstisu”yu... Biz onlarsız yaşaya bilmərik. Təsəvvür belə edə bilmərik...” 

Daha sonra Prezident İlham Əliyevin Şuşa ilə bağlı çıxışına yer verilib:

"Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik. Bu, böyük qələbədir. Bu gün şəhdlərimizin, Ulu öndərin ruhu şaddır. Gözün aydın olsun, Azərbaycan! Gözün aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, Sən azadsan! Əziz Şuşa, Biz qayıtmışıq! Əziz Şuşa biz Səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!", deyə qeyd videoçarxda qeyd edilib.

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO