FHN Bakının mərkəzində baş verən yanğınla bağlı MƏLUMAT YAYDI - VİDEO

FHN Bakının mərkəzində baş verən yanğınla bağlı MƏLUMAT YAYDI - VİDEO

Hazırda oxunan: FHN Bakının mərkəzində baş verən yanğınla bağlı MƏLUMAT YAYDI - VİDEO

210306

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Z.Bünyadov prospektində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Qaldırıcı kran yandı, “Koroğlu”da sıxlıq yarandı - FOTO/VİDEO


Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “ZİL” markalı qaldırıcı kranda baş vermiş yanğın genişlənərək avtomobilin digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin hidravlik nasosu yanıb, avtomobilin böyük hissəsi yanğından mühafizə olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO