Şəkidə 67 yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişdi – FOTO

Şəkidə 67 yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişdi – FOTO

Hazırda oxunan: Şəkidə 67 yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişdi – FOTO

210283

Şəkidə 67 yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Oxud kəndində baş verib. 

Mərhumun oğlu Rahim Məcidov bildirib ki, o, axşam tərəfi işdən evə gələrkən atasının tövlənin çardaq tərəfdən hissəsində uzanıqlı vəziyyətdə görüb.
 

Nə baş verdiyini anlamasa da, tez atasına yaxınlaşıb və onu səsləməyə başlayıb. Lakin atasından bir səs çıxmayınca narahat olub. Daha sonra o, digər ailə üzvlərini səsləyib. Sonradan məlum olub ki, 67 yaşlı Ramiz Məcidov axşam tərəfi tövlənin çardağına mal-qaraya ot tökmək üçün çıxıb. Bu zaman o ehtiyatsız davranıb və yerə yıxılıb, elə oradaca keçinib.


Mərhumun oğlu onu da əlavə edib ki, onlar yenə Təcili Tibbi Yardım briqadasına zəng edərək kömək istəyiblər. Həkimlər atasına baxış keçirib və onun vəfat etdiyini bildirib. Baş vermiş bədbəxt hadisənin təfərrüatları rayon prokurorluğunda araşdırılır. 






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO