Salyan postunda insident – Saxlanılanlar var - FOTO

Salyan postunda insident – Saxlanılanlar var - FOTO

Hazırda oxunan: Salyan postunda insident – Saxlanılanlar var - FOTO

210225

Baş DYP İdarəsinin Salyanda yerləşən stasionar postunda “KİA” markalı avtomobil yoxlama-nəzarət qaydasında saxlanılıb. 

Bizim.Media-ya idarədən verilən məlumata görə, sürücüdən sənədlər istənildikdə o, avtomobildən düşərək qaçmağa çalışıb.  

Lakin YPX əməkdaşlarının sayıqlığı nəticəsində yaxalanıb.

Araşdırma zamanı həmin şəxsin Sumqayıt şəhər sakini Orxan Allahverdiyev olması və narkotik vasitənin təsiri altında sükan arxasına əyləşməsi müəyyən edilib. 
 

Faktın araşdırılması zamanı polisin qanuni fəaliyyətinə müdaxilə etməyə cəhd edən O.Allahverdiyevin valideyni övladının hüquqazidd əməllərinə haqq qazandırmağa çalışıb, DYP əməkdaşlarına hədə-qorxu gələrək, müqavimət göstərib. 


Hər iki şəxs saxlanılaraq ərazi aidiyyəti üzrə polis orqanına təhvil verilib və toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO